إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Kamerunda müsəlmanlar və xristianlar görülməmiş həmrəylik nümayiş etdiriblər

Kamerunda xristianlar və müsəlmanlar bir çoxlarına nümunə ola biləcək, görülməmiş birlik və həmrəylik nümayiş etdiriblər.

Ahlibeyt.az-ın Salamnews-a istinadla verdiyi xəbərə görə, dindarlar “Ayıq-sayıqlar qrupu” yaradıblar. Qrup üzvləri ölkənin şəhər və kəndlərində məscid və kilsələr yaxınlığında baş verənləri izləyirlər.

Qrupun əsas tapşırığı bu və ya digər dini məbədə mümkün hücum barədə əvvəlcədən polisə məlumat verməkdir.

Kamerun xristianları cümə günləri məscidlərin yaxınlığında növbə çəkirlər, bazar günləri isə müsəlmanlar bazar günü duası edən xristianların dincliyini mühafizə edirlər.

Qeyd edək ki,Kamerunun əhalisi 21mln nəfərə yaxındır ki,bunun da 40%-ni xristianlar, 22% müsəlmanlar qalanı isə afrikanın müxtəlif yerli inanc daşıyıcılıarıdır.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
6 Yanvar, 2017  16:11 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!