إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

ABŞ ordusunda hicab və saqqala icazə

ABŞ Quru Qoşunlarında edilən yeni bir dəyişikliklə dini səbəblərlə saqqal saxlamaq, hicab və ya digər baş örtüklərini taxmağın önünün açıldığı bildirilib.

Ahlibeyt.az-ın İslamazeri.az-a istinadən verdiyi xəbərə görə, detalları Quru Qoşunları Qüvvələri katibi Erik Fanningnin Konqresə göndərdiyi məktubda ortaya çıxan dəyişikliyə görə, əvvəllər katib qərarı ilə icazə verilən dini əsaslı yaylıq, hicab taxmaq və ya saqqal saxlamaq artıq briqada komandanlıqlarının qərarına tabe olacaq.

Dəyişiklik çərçivəsində briqada komandirləri dini geyim tələb edənin dini inancında səmimi olmadığı və ya konkret bir təhlükə olduğu qənaətinə gəlmədiyi müddətcə icazə vermək məcburiyyətində olacaq.

Sözügedən dəyişiklik qadınların saç forması standartlarına da yeniliklər gətirir. Buna görə, ABŞ Quru Qoşunlarında xidmət edən qadın hərbçilər düzgün və uzunluğu ağlabatan ölçüdə olmaq şərtilə saçlarına rasta, hörgü və dalğa etdirə biləcək.

Dəyişikliyin uzun illərdir ABŞ ordusundakı Hindistan əsilli sikxlərin tələblərindən sonra edildiyi, ancaq ordudakı müsəlman və yəhudiləri də əhatə edəcəyi bildirilir.

Hindistan əsilli 4 ABŞ əsgəri özlərini dini vaciblərindən saxladığı səbəbilə keçən il Quru Qoşunları əleyhinə cinayət işi açmışdı. Məhkəmə keçən il aprel ayında əsgərlərin xeyrinə nəticələnmişdi.

Nyu-York Polis Departamenti də ötən həftə sikx polislərin örtük taxmaq və saqqal saxlamalarına icazə veriləcəyini bildirmişdi.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
5 Yanvar, 2017  13:32 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!