إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

BMT-nin yeni baş katibi vəzifəsinin icrasına başlayıb

BMT-nin yeni baş katibi Antonio Quterreş vəzifəsinin icrasına  başlayıb.

Ahlibeyt.az-ın verdiyi xəbərə görə,bu barədə Apa-ya BMT-nin Azərbaycandakı nümayəndəliyindən bildirilib.

BMT-nin sayca doqquzuncu  baş katibi olan A. Qutterşin işində insan ləyaqətini əsas prioritet sayacağı, sülh tərəfdarı, o cümlədən, yenilik və islahatların təşviqçisi olacağı açıqlanıb.

A. Quttereş baş katib seçilməzdən əvvəl 10 il ərzində BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığına rəhbərlik edib. BMT QAK-a qoşulmazdan əvvəl, A. Quterreş hökumət və dövlət qulluğunda 20 ildən çox çalışıb. O, 1991-ci ildən Portuqal Dövlət Şurasının üzvü, 1995-ci ildən 2002-ci ilədək Portuqaliyanın baş naziri olub.

1976-cı ildə Portuqaliya parlamentinin üzvü seçilib və 17 il üzv kimi xidmət göstərib.

A.Quterreş 1949-cu ildə Lissabonda anadan olub. Mühəndislik dərəcəsi olan  A.Quterreş ingilis, fransız və ispan dillərini mükəmməl bilir.

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
3 Yanvar, 2017  13:23 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!