|
• DünyadaİƏT-in yeni baş katibi Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edibİƏT-in baş katibi Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edibAhlibeyt.az-ın verdiyi xəbərə görə, bu barədə Azərbaycan XİN-in mətbuat xidməti məlumat yayıb. Məlumata görə, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) yeni seçilmiş baş katibi Yusif bin Ahməd əl-Useymin xarici işlər naziri Elmar Məmmədyarova məktub ünvanlayıb. Məktubda yeni seçilmiş baş katib bu münasibətlə nazir Elmar Məmmədyarov tərəfindən göndərilmiş təbrik məktubuna görə təşəkkürünü bildirib və təşkilata rəhbərliyi dövründə İƏT ilə Azərbaycan arasında münasibətlərin qarşılıqlı maraqlar əsasında bundan sonra da inkişaf etdiriləcəyinə əminliyini ifadə edib. Baş katib Yusif əl-Useymin məktubunda İƏT-in Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyini bir daha vurğulayaraq, Ermənistanın Azərbaycana qarşı təcavüzünü qınayıb və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş bütün ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edib. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
29 Dekabr, 2016 13:59 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |