إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

"Zikr əhli"kimdir?

"Nəhl" surəsində «bilmədiyinizi zikr əhlindən soruşun» buyurduğunda, kimə müraciət olunması nəzərdə tutulur?

İmam Əli ibn Musa ər-Riza (ə) buyurur:

"Zikr əhli bizik və bizdən də soruşmalısınız".

İmam Baqir (ə): "Zikr Quran, zikr əhli isə, Peyğəmbərin (s) Əhli-beytidir.Onlardan da soruşmaq lazımdır"("Nurus-səqəleyn"3-cü cild,səh 55)

İbn Abbas uyğun ayənin təfsirində deyir:"Zikr əhli Məhəmməd, Əli, Fatimə, Həsən və Hüseyndir".

Zikrin mənası agahlıq və xatırlama olduğundan, bu sözün Qurani-kərimə aid edilməsi tam məntiqəuyğundur. Quran zikr hesab olunduğu təqdirdə, Peyğəmbər (s) və onun əhli-beytinin (ə) zikr əhli olması inkaredilməzdir.

Təəccüblü də olsa, bəziləri "zikr əhli"ni "kitab əhli" kimi tərcümə etmişdir. İmam Əli ibn Musa ər-Riza (ə) «zikr əhli» ifadəsini yəhudi və məsihi alimlərinə aid edənlərə belə buyurur:"Sübhanəllah! Məgər belə bir şey mümkündürmü?! Əgər biz yəhudi və məsihi alimlərinə müraciət etsək, onlar bizi öz məzhəblərinə dəvət edərlər. Zikr əhli bizik!"("Nurus-səqəleyn" 3-cü cild səh 57)


Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
27 Dekabr, 2016  15:51 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!