|
Ayətullah Məkarim Şirazi: Həzrət Xədicənin Peyğəmbərlə (s) evləndiyi vaxt 40 yaşında olduğu fakt yalandırTanınmış mərcəi-təqlid Ayətullah Məkarim Şirazi tarixin xanım Xədicə barədə yalnış fikirlərinə aydınlıq gətirib. Ahlibeyt.az-ın İslamazeri.az-a istinadən verdiyi xəbərə görə,bu barədə mehr agentliyi məlumat yayıb. Məlumata görə, İslamın yayılmasında misilsiz rolu olan xanım Xədicəylə bağlı təşkil olunmuş konfransda iştirak edən Ayətullah Məkarim Şirazi, həzrət Xədicənin Peyğəmbərlə (s) evləndiyi vaxt 40 yaşında dul qadın olma faktını yalnış və batil adlandırıb. Bu faktı qətiyyətlə inkar edən Quran təfsirçisi bildirib: “Agah təhqiqatçıların araşdırmalarına əsasən, xanım Xədicənin ailə qurduğu vaxtda 25-28 yaşı olub. Bundan əlavə bakirə olub və Peyğəmbərlə (s) evlilikdən öncə heç kimlə evli olmayıb. Tarixdə Xədicə xanımın həyat yoldaşı kimi tanınan 2 nəfər onun bacılarının yoldaşı olub. O həzrət, iffətdə hamıya nümunə idi. İbni Həcərin yazdığına əsasən, Ona “tahirə” (pak) ləqəbi vermişdilər. Təəssübkeşlər İslam tarixi ilə oynamış və Bəni-üməyyə bunu ən pik həddə çatdırmışdır. Əllamə Əmininin dediyi kimi, Bəni-üməyyə İmam Əli (ə) ilə dost olanlara iftiralar atır və gözdən salırdılar.” Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
23 Dekabr, 2016 15:33 ⁄ Çap
Bu bölmədə9 Sentyabr, 2025 Bu gün əziz İslam peyğəmbəri Hz.Məhəmmədin (s) və İmam Cəfər Sadiqin (ə) mübarək mövlud günüdür4 Sentyabr, 2025 İslam dünyası Həzrət Məhəmmədin (s) “Mövlud həftəsi”ni qeyd edir1 Sentyabr, 2025 Bu gün İmam Həsən Əsgərinin (ə) şəhadət günüdür23 Avqust, 2025 Bu gün İmam Rzanın(ə) şəhadət günüdür |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |