23 Dekabr, 2016
Ayətullah Məkarim Şirazi: Həzrət Xədicənin Peyğəmbərlə (s) evləndiyi vaxt 40 yaşında olduğu fakt yalandır

Tanınmış mərcəi-təqlid Ayətullah Məkarim Şirazi tarixin xanım Xədicə barədə yalnış fikirlərinə aydınlıq gətirib.

Ahlibeyt.az-ın İslamazeri.az-a istinadən verdiyi xəbərə görə,bu barədə mehr agentliyi məlumat yayıb.

Məlumata görə, İslamın yayılmasında misilsiz rolu olan xanım Xədicəylə bağlı təşkil olunmuş konfransda iştirak edən Ayətullah Məkarim Şirazi, həzrət Xədicənin Peyğəmbərlə (s) evləndiyi vaxt 40 yaşında dul qadın olma faktını yalnış və batil adlandırıb.

Bu faktı qətiyyətlə inkar edən Quran təfsirçisi bildirib:

“Agah təhqiqatçıların araşdırmalarına əsasən, xanım Xədicənin ailə qurduğu vaxtda 25-28 yaşı olub. Bundan əlavə bakirə olub və Peyğəmbərlə (s) evlilikdən öncə heç kimlə evli olmayıb.

Tarixdə Xədicə xanımın həyat yoldaşı kimi tanınan 2 nəfər onun bacılarının yoldaşı olub. O həzrət, iffətdə hamıya nümunə idi. İbni Həcərin yazdığına əsasən, Ona “tahirə” (pak) ləqəbi vermişdilər.

Təəssübkeşlər İslam tarixi ilə oynamış və Bəni-üməyyə bunu ən pik həddə çatdırmışdır. Əllamə Əmininin dediyi kimi, Bəni-üməyyə İmam Əli (ə) ilə dost olanlara iftiralar atır və gözdən salırdılar.”

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-6024.html