|
• Mənəviyyat • MənəviyyatƏlçatmaz arzular bizə nə verir?Ümid və arzu insan fəaliyyətinin əsas amillərindəndir. Əgər insan bircə gün bu hissdən məhrum olsa, yaşayış nizamı pozular. Həzrət Peyğəmbər (s) buyurmuşdur:"Ümid, mənim ümmətimin mərhəmət mayasıdır. Əgər ümid nuru sönsəydi, heç bir ana övladına süd verməz və heç bir bağban fidan əkməzdi" Lakin həyat və hərəkət amili olan ümid və arzu həddi aşıb ifrata vararsa, uzun-uzadı, əlçatmaz arzulara çevrilər. Qurani-Kərimdə buyrulur: «Qoy kafirlər hələ yeyib içsinlər, ləzzət alsınlar, arzuları, ümidləri başlarını qatsın. Sonra biləcəklər»(«Hicr» surəsi,ayə 3) Ayədə zikr edilən arzu-ümid həmin məhvedici uzun-uzadı arzulardır. Bütün həyatı boyu hücumlara hədəf olan insan yalnız ayıq-sayıq olarsa, qoruna bilər. Uzun-uzadı arzular isə insanın başını qatıb, onu yuxuya verir. Həzrət Əli (ə) buyurur: "Camaat! Sizin üçün çox təhlükəli iki şeyə görə qorxuram: nəfs istəklərinə itaət və uzun-uzadı arzular. Nəfs istəkləri sizi həqiqətdən uzaqlaşdırar, uzun-uzadı arzular isə, axirəti yadınızdan çıxarar" "Kumeyl" duasında oxuyuruq: "Uzun-uzadı arzular məni gerçək, faydalardan məhrum etdi"...
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
19 Dekabr, 2016 16:36 ⁄ Çap
Bu bölmədə15 İyun, 2024 9 Zil-Həccə - Ərəfə gecəsinin və gününün əməlləri7 Noyabr, 2023 Ən ziyanlı düşmən qəflətdir - Kumeyl duasının şərhi16 Sentyabr, 2023 Bu axşam qəməri təqvimi ilə Rəbiül-əvvəl ayı daxil olur 4 Sentyabr, 2023 Eyblərin örtülməsi - Kumeyl duasının şərhi |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |