إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Rustavi şəhərində mövlud və Vəhdət həftəsi münasibətilə tədbir keçirilib (FOTO)

Gürcüstanın Rustavi şəhərində Həzrət Məhəmməd Peyğəmbərin (s) və  İmam Cəfər Sadiqin (ə) doğum günü, eləcə də Vəhdət həftəsi münasibəti ilə bayram tədbiri keçirilib.

Ahlibeyt.az-ın məlumatına görə,mərasimdə ilk olaraq Qurani-kərim tilavət olunub.

Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov təbrik və salamlarını çatdırdıqdan sonra İslam Peyğəmbərinin (s) ümməti hesab olunan müsəlmanların vəzifələrindən, onların bugünkü vəziyyətindən, ümmətin üzərinə düşən məsuliyyətlərdən danışıb.

İlahiyyatçı deyib: "Tarix boyu dinimizin düşmənləri müxtəlif vasitələrlə O Həzrəti və gətirdiyi din və kitabı gözdən salmaq üçün hər yola əl atsalar da, buna nail ola bilmədilər. Son dövrlərdə artıq düşmənlər dinimizi gözdən salmaq üçün ümməti parçalamaq, bir-birinin canına salaraq zəiflədib aradan aparmağı qarşılarına məqsəd qoydular. Onların eyni zamanda hədəfləri dinin ardıcıllarını gözdən salmaqla dinimiz barədə fobiya (qorxu) yaratmaq, insanları Həzrət Məhəmmədin (s) gətirdiyi İslam dinindən hürkütməkdən ibarətdir. Bəli, etiraf etməliyik ki, biz müsəlmanlar bəhanə verdik, onlar isə siyasət yürütdülər. Artıq bizim ayılmaq vaxtımızdır. Özünü onun ümməti hesab edən müsəlmanlar sözlərində, iman və əməllərində düz və dürüst olmaqla, O Həzrəti düzgün təmsil etməlidirlər. Eyni zamanda bir olub səmimi vəhdət şəklində həmrəy olmalıdırlar. Biz vəhdəti kiməsə göstərmək üçün deyil, siyasət xətrinə yox, məncə, səmimi etsək, nəyəsə nail olarıq.”

Sonra BGMİ-nin Şərqi Gürcüstan müftisi Hacı Yasin Əliyev, Türkiyə səfirliyinin din müşaviri Hacı Nəbi Gümüş və Əl-Mustafa Universitetinin Gürcüstan üzrə nümayəndəsi Hacı Davud Zare, İran səfirliyinin rəsmisi Müctəba Kamranfərd və başqaları çıxış edərək Allahın Rəsulu (s), Peyğəmbərlərin xatəmi Həzrət  Məhəmmədin (s) həyat tərzindən, onun insanlığa verdiyi örnəklərdən və sifarişlərdən söhbət açıblar, onun ümməti hesab olunan müsəlmanların bugünkü vəziyyətindən və bu hala düşmələrinin səbələrindən danışıblar.

Bayram tədbiri mərasimə dəvət olunan Əhli-beyt məddahları dini İlahilər və şeirlər oxunub.

Фото Ramin Igidov.

Фото Ramin Igidov.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
19 Dekabr, 2016  12:10 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!