إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Hacı Tale Bağırova hökm oxundu

Bu gün ilahiyyatçı Hacı Tale Bağırov və hicab məhbusu Elşən Abbasova hökm oxunub. İslamazeri.az-ın müxbirinin verdiyi məlumata görə, hakim Turqay Hüseynov Hacı Tale Bağırova 1 il 6 ay, Elşən Abbasova isə 1 il azadlıqdan məhrumetmə cəzası təyin edib. 

Qeyd edək ki, dövlət ittihamçısı Hacı Taleyə 5 il, Elşən Abbasova isə 3 il həbs istəmişdi. 

Hacı Tale Bağırovun vəkili Anar Qasımlı bildirib ki, məhkəmənin nisbətən yüngül cəza kəsməsi yəni 222.2 (1 il) və 233-cü (1 il) maddələrlə hökm çıxarması ədalətli qərar deyil. İki maddə birlikdə 1il 6 ay-a endirilməsidə ədaləti bərqərar etmədi. Biz Tale Bağırovun günahsız olduğunu sübut etmişdik. Günahsız insanın 1il 6 ay həbs edilməsi heç cürə ədalətli deyil. Biz yubanmadan elə bu gün Apellyasiya məhkəməsinə müraciət edəcəyik.

islam-azeri.az

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
23 Dekabr, 2011  20:23 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!