
Bu gün ilahiyyatçı Hacı Tale Bağırov və hicab məhbusu Elşən Abbasova hökm oxunub. İslamazeri.az-ın müxbirinin verdiyi məlumata görə, hakim Turqay Hüseynov Hacı Tale Bağırova 1 il 6 ay, Elşən Abbasova isə 1 il azadlıqdan məhrumetmə cəzası təyin edib.
Qeyd edək ki, dövlət ittihamçısı Hacı Taleyə 5 il, Elşən Abbasova isə 3 il həbs istəmişdi.
Hacı Tale Bağırovun vəkili Anar Qasımlı bildirib ki, məhkəmənin nisbətən yüngül cəza kəsməsi yəni 222.2 (1 il) və 233-cü (1 il) maddələrlə hökm çıxarması ədalətli qərar deyil. İki maddə birlikdə 1il 6 ay-a endirilməsidə ədaləti bərqərar etmədi. Biz Tale Bağırovun günahsız olduğunu sübut etmişdik. Günahsız insanın 1il 6 ay həbs edilməsi heç cürə ədalətli deyil. Biz yubanmadan elə bu gün Apellyasiya məhkəməsinə müraciət edəcəyik.
islam-azeri.az