|
• DünyadaGürcüstan Müsəlmanları İdarəsi Dini Məsələlər üzrə Dövlət Agentliyinin fəaliyyətini müsbət qiymətləndiribBir neçə gün əvvəl Gürcüstanın qərb bölgəsində yaşayan müsəlmanlar Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin fəaliyyətinin dayandırılmasını tələb ediblər - Məsələ ilə bağlı Tiflisdə 7 dini icma rəhbərinin iştirakı ilə mətbuat konfransı keçirilib. Ahlibeyt.az-ın Apa-ya istinadən məlumatına görə,tədbirdə qeyd olunub ki, Dövlət Agentliyinin fəaliyyətini kölgə altına salan iddiaların səsləndirilməsi tamamilə yolverilməzdir: “Bizim fəaliyyətimizə hökumət müdaxilə etmir, əksinə, onu qorumaq üçün müsbət tədbirlər həyata keçirir”. Brifinqdə son illər ölkədə 150 məscidin qeydiyyatdan keçirildiyini və Gürcüstan Müsəlmanları İdarəsinin sərəncamına verildiyi, yeni məscidlərin tikintisi və təmirinin aparıldığı vurğulanıb. Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Ramin İgidov Apa-ya açıqlamasında dini icmalar və hökumət arasında heç bir problem olmadığını bildirib: “Əksinə, bu agentliyin fəaliyyəti bizə çox yardımçı olur. Biz əvvəllər deyə bilmədiyimiz problemləri bu agentliyin vasitəsilə hökumətə çatdırır və onların həllini həyata keçiririk. Sözsüz ki, problemlərimiz çoxdur və onların müəyyən hissəsini biz həll etmişik. Bu problemlər illərlə yığılıb qalmış problemlərdir”. Qeyd edək ki,brifinqdə Gürcüstan Müsəlmanları İdarəsi, Yevangeliya Protestant Kilsəsi, Gürcüstan Yevangeliya Baptist Kilsəsi, yezidlərin Dini Şurası, Erməni Kilsəsi və Yəhudi İttifaqının nümayəndələri iştirak edib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
15 Dekabr, 2016 11:38 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |