|
• DünyadaB.Əsəd: Qərb ölkələri terrorçuların xilası üçün çalışırlar Qərb ölkələri Hələbdə dinc sakinlərin xilas edilməsindən daha çox terrorçuları xilas etməyə çalışırlar.
Ahlibeyt.az-ın Maide.az-a istinadən məlumatına görə, bunu Suriya prezidenti Bəşər Əsəd Rusiyanın "RT" telekanalına müsahibəsində bildirib.
B.Əsəd İŞİD terrorçularının yenidən Palmira (Tadmur) şəhərini işğal etməsi və Qərb ölkələrinin reaksiyası ilə bağlı deyib:
"Palmira hökumət qüvvələri tərəfindən azad ediləndə Qərb ölkələri bu şəhərdəki tarixi abidələr üçün narahatlıqlarını bildirirdi və hazırda şəhər yenidən İŞİD işğal edib, oradakı tarixi əsərləri məhv edir lakin həmin ölkələr bunu pislməir və tənqid etmir".
Hələblə bağlı da məsələ belədir.Hələbi hökumət qüvvələri işğaldan azad edir, onlar dinc sakinlərlə bağlı narahatlıqlarını dilə gətirirlər, lakin İŞİD hər hansı bir bölgəni işğal edərkən Qərb ölkələrindən bu narahatlığı görmürük”.
Suriya prezidenti İŞİD terrorçuların Palmira şəhərinə hücümlarının əsas səbəblərini açıqlayaraq bildirib ki, İŞİD-in Palmiraya hücumu Suriya ordusunun xeyli irəliləməsinə cavabdır.
O qeyd edib ki, terrorçular Palmiraya hücüm etməklə, ölkə ordusunun diqqətini Hələbdən yayındırmaq istəyirlər, lakin əminliklə deyə bilərəm ki, onlar Suriya ordusunun irəliləyişini dayandıra bilməyəcəklər.
B. Əsəd Qərb ölkələrinin Hələbdə atəşkəs istəməsinə toxunub və deyib ki, onların Rusiya üçün bəyanatının tərcüməsi budur - "Xahiş edirik, Suriya ordusunun terrorçulara qarşı hücumunu dayandırın."
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
14 Dekabr, 2016 11:40 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |