إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

İndoneziyada müsəlmanları təhqir edən qubernator üzərində məhkəmə prosesi başlayıb

Bu gün İndoneziyanın paytaxtı Cakartada dindarların hislərini təhqir etməkdə ittiham olunan şəhər qubernatoru Basuki Çaxaya Purnama üzərində məhkəmə prosesi başlayıb.

Ahlibeyt.az-ın Salamnewsa-a istinadən verdiyi xəbərə görə, "The Jakarta Post”-un məlumatında bildirilir ki, ictimai asayişin mühafizəsi üçün məhkəmə binasına təxminən 2000 polis əməkdaşı cəlb edilib.

Qubernator iki maddə üzrə ittiham olunur: “milli, dini, sosial əlamətlər üzrə düşmənçilik və nifrət yaradan ictimai ifadələr”, “dinin təhqir olunması, eləcə də ateist çağırışlar”.

Təqsirli bilinəcəyi halda Purnama beş il müddətinə azadlıqdan məhrum edilə bilər.

Bundan əvvəl İndoneziya hüquq-mühafizə orqanları Cakarta qubernatoruna ölkə sərhədindən kənara çıxmağı qadağan edib.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
13 Dekabr, 2016  12:39 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!