إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

ABŞ-da tarixi kilsə məscid olacaq

Amerikanın Konnektikut əyalətində Bricport şəhər tarixi kilsəsi bu bölgənin müsəlmanlarına satılır və bu kilsə bundan sonra məscid və İslami mərkəz kimi fəaliyyət göstərəcək.

Ahlibeyt.az-ın Maide.az-a istinadən məlumatına görə, bu kilsə may ayında 1 milyon dollara Bricport şəhər İslami Mərkəzinə satılacaq.

 

Satışdan sonra bu binada Kilsə və İslami Mərkəz müştərək olaraq ictimai fəaliyyətlər göstərməklə bərabər, kasıbların və evsiz insanların ehtiyaclarını təmin edəcək.

 

Bu bina 1920-ci ildə tikilib və 3 min nəfər eyni vaxtda orada ibadət edə bilər.

 

Kilsənin keşişi Sara Smit deyib ki, biz başqa bir yerə köçəcəyik və buna görə də xərci daha az olan kiçik bir yerə ehtiyacımız var.

 

Bricport şəhər İslami Mərkəzinin sədri Əhməd İbrahim deyib ki, bu bina bölgədə yaşayan 1000 müsəlman ailənin ehtiyaclarını təmin edəcək.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
9 Dekabr, 2016  10:27 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!