إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Ayətullah Xamenei: Hər bir cəmiyyət yalnız namaz qılmaqla doğru yolu və pak həyatı əldə edə bilər

İranın ali dini lideri Ayətullah Xamenei ölkədə keçirilən 25-ci Ümummilli Namaz Qurultayına müraciət ünvanlayıb.

Ahlibeyt.az-ın Maide.az-a istinadən xəbər verir ki, müraciət bu gün səhər Əlborz əyalətində açılmış 25-ci Namaz Qurultayında Kərəc şəhərinin imam cüməsi Seyid Məhəmməd Mehdi Hüseyni Həmədani tərəfindən oxunub.

Müraciətdə deyilir:

"Mərhəmətli və Bağışlayan Allahın adı ilə!

Namaz, ümmətin bütün təbəqələrinin üzərinə açılmış bir qapıdır ki, onunla Allahın rəhmət və hidayətinə çatmaq, həyatı düzgün, xeyir və bərəkətlə dolu istiqamətə yönəltmək olar. Hər bir fərdin mənəvi sağlamlığı namaza bağlıdır. Hər bir cəmiyyət yalnız namaz qılınmaqla doğru yolu və pak həyatı əldə edə bilər. Kitab və sünnədə namaz qılınmasına bu qədər təkid edilməsinin məqsədi, bu rəhmət qapısının müsəlman fərd və cəmiyyətin üzünə açıq qalması və ondan bəhrələnməsinə görədir.

Uzun illərdir ki, islami İranda bu şüar əldə tutulub:

“الَّذینَ إِن مَکَّنّاهُم فِی الأَرضِ أَقامُوا الصَّلاة...”

O kəslərə ki, əgər yer üzündə onlara qüdrət (hakimiyyət) və güc versək namaz qılar....

Və hər il mücahid, əzmkar və yorulmaz alim, cənab hüccətül-islam Qiraətinin təşəbbüsü ilə bu qurultay keçirilir və namazın geniş yayılmasının və namazların keyfiyyətinin yaxşılaşdırılmasının zəruriliyi təkrar vurğulanır. Buna baxmayaraq etiraf etməliyik ki, bizim fərdi və ictimai problemlərimizin əsas dərdi olan bu ilahi fərizənin haqqı ödənilməyib. Namazın qılınmasına görə biz məsul şəxslər, natiqlər, xətiblər, ölkənin işlərini idarə edənlər, biz ruhanilər və dinin təlim və təbliğini aparanlar, bütün insanlar və cəmiyyətin bütün təbəqələri məsuliyyət daşıyır. Hamımız çalışaq ki, Quran və hədislərdə sifariş olunduğu kimi namaz layiqli yerini tapsın, tanınsın, tanıtdırılsın və öz şəxsi əməllərimizdə ona daha yüksək yer verilsin.

Uca Allahdan sizin hamınıza, xüsusilə də əziz və dəyərli ruhanimiz Höccətül-İslam vəl-muslimin Qiraətiyə uğurlar diləyirəm".

Seyyid Əli Xamenei

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
8 Dekabr, 2016  12:25 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!