إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Londonda müsəlman restoranı Milad bayramında yoxsullara pulsuz yemək verəcək (FOTO)

İngiltərə paytaxtında müsəlman restoranlarından biri xristianların yaxınlaşmaqda olan Milad bayramı münasibətilə xeyriyyə aksiyası elan edib.

Ahlibeyt.az-ın Salamnews-a istinadən verdiyi xəbərə görə,bu barədə  "Independent" məlumat yayıb.

Londonun Sidkap rayonunda yerləşən "Şiş" restoranı bayram günündə məntəqədə yaşayan evsiz və yaşlı insanlara pulsuz yemək təklif edib.

Aksiyanın 25 dekabrda - Milad bayramı günündə keçirilməsi planlaşdırılır. "Heç kəs süfrədə tək oturmayacaq" şüarı ilə keçiriləcək aksiyaya bütün evsizlər, yoxsullar və yaşlılar dəvət olunur.

Aksiya sosial şəbəkələrdə böyük diqqət çəkib və insanlar tərəfindən nəcib addım kimi yüksək qiymətləndirilib.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
6 Dekabr, 2016  15:11 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!