إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Hansı hadisədən sonra və niyə Qurana hərəkələr qoyuldu?

İlk Quran nüsxələrində hərflərin üzərində işarələr (hərəkələr) qoyulmurdu. Hansı hadisədən sonra və niyə Qurana hərəkələr qoyuldu?

Ərəblər İslam dinindən qabaq yazıda hərəkədən istifadə etmirdilər. Hətta oxşar formalı hərflərin üzərində nöqtə də qoymazdilar. Ərəbistanda şifahi ədəbiyyat, bəlağət sənəti (gözəl və ifadəli nitq bacarığı) və bununla əlaqədar yaddaş mədəniyyəti yüksək inkişaf etdiyi üçün, sözləri hərəkəsiz və nöqtəsiz oxumaq heç bir çətinlik törətmirdi.

İslam dini qeyri-müsəlman xalqların arasında yayıldıqca, Quran yazısı üzərində izahedici işarələrin qoyulmasına ehtiyac yaranmağa başladı.Bəzi kəlmələrin hərəkəsində yanlışlığa yol verildiyi zaman kobud səhvlər yaranırdı. Məsələn, “Tövbə” surəsinin 3-cü ayəsindəki “Onun Peyğəmbəri” ifadəsi “rəsulühü” şəklində tələffüz edilməlidir. Əgər bu söz “rəsulihi” (kəsrə ilə) şəklində tələffüz edilsə, ayənin mənası belə olar: “Allah müşriklərdən və peyğəmbərindən bizardır”.

Bəzi mənbələrə görə, Quran hərfləri üzərində hərəkələr ilk dəfə birinci Əməvi xəlifəsi Müaviyənin zamanında, Kufə valisi Ziyad ibn Əbihinin tapşırığı ilə məşhur ərəb qrammatiki Əbül-Əsvəd Duəli tərəfindən qoyulmuşdur. Əbül-Əsvəd ya işin məsuliyyətindən çəkinərək, ya da Əhli-beyt tərəfdarı olduğu üçün əvvəlcə Ziyadın tapşırığını yerinə yetirməkdən imtina edir (çünki Ziyad Əhli-beytə düşmənçiliyi ilə ad qazanmışdı). Lakin yuxarıda göstərilən ayənin bir nəfər tərəfindən səhv şəkildə oxunduğunu eşitdikdən sonra razılaşır və əvvəldən-axıra bütün Quran nüsxəsinə hərəkələr qoyur.

İlk Quran nüsxələrində hərəkələri rənginə görə mətndən fərqlənən mürəkkəblə qoyurdular.

(Zərqani. Mənahil əl-irfan fi ülum əl-Quran, 1-ci cild, səh. 332-333)

Mənbə:İslam.az

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
6 Dekabr, 2016  14:04 Çap

Bu bölmədə


Xəbər lenti













11 Dekabr, 2017  12:00


© 2017 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
CMS Danneo
© Saytı düzəldib: 313wb.com