|
• Dünyadaİraqın əhli-sünnə camaatı partlayışları məhkum edirİraqın Əhli-sünnə Vəqf Divanının vitse prezidenti və alim Şeyx Mahmud əs-Suveydi bu gün Bağdadın şiə məhəllələrində töprədilmiş partlayışları məhkum edib. Divan bu partlayışları qeyri-islami hesab edir və bu partlayışların iraqlılar arasında təfriqə salmaq məqsədi daşıdığını deyən Şeyx əs-Sumeydi şiə və əhli-sünnənin İraqda bir yerdə olduğunu bildirərək təfriqə salanların istəklərinə çata bilməyəcəklərini bildirib. Şeyx əs-Sumeydi ilə yanaşı İraqın baş naziri Nuri əl-Maliki də bəyanatla çıxış edərək bu partlayışları məhkum edib. əs-Sumeydi kimi əl-Maliki də bu partlayışların iraqlılar arasında təfriqə salmaq məqsədilə edildiyini bildirib. Həmçinin son məlumatlara görə, Kərbəla vilayətinin hüquq-mühafizə orqanları vilayətdə təhlükəsizlik tədbirlərini gücləndiriblər. Ərbəinin(İmam Hüseynin(ə) qırx mərasimi) yaxınlaşdığına görə Kərbəlaya giriş edənlərin hamısı xüsusi diqqətlə yoxlanılacaqdır. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
23 Dekabr, 2011 00:16 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |