23 Dekabr, 2011
İraqın əhli-sünnə camaatı partlayışları məhkum edir

İraqın Əhli-sünnə Vəqf Divanının vitse prezidenti və alim Şeyx Mahmud əs-Suveydi bu gün Bağdadın şiə məhəllələrində töprədilmiş partlayışları məhkum edib.

Divan bu partlayışları qeyri-islami hesab edir və bu partlayışların iraqlılar arasında təfriqə salmaq məqsədi daşıdığını deyən Şeyx əs-Sumeydi şiə və əhli-sünnənin İraqda bir yerdə olduğunu bildirərək təfriqə salanların istəklərinə çata bilməyəcəklərini  bildirib.

Şeyx əs-Sumeydi ilə yanaşı İraqın baş naziri Nuri əl-Maliki də bəyanatla çıxış edərək bu partlayışları məhkum edib. əs-Sumeydi kimi əl-Maliki də bu partlayışların iraqlılar arasında təfriqə salmaq məqsədilə edildiyini bildirib.

Həmçinin son məlumatlara görə, Kərbəla vilayətinin hüquq-mühafizə orqanları vilayətdə təhlükəsizlik tədbirlərini gücləndiriblər. Ərbəinin(İmam Hüseynin(ə) qırx mərasimi) yaxınlaşdığına görə Kərbəlaya giriş edənlərin hamısı xüsusi diqqətlə yoxlanılacaqdır.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-597.html