|
• DünyadaSlovakiya hökuməti islamın rəsmi din kimi qeydiyyatdan keçməsinə mane olubSlovakiya hökuməti islamın rəsmi dövlət dini kimi qeydiyyatdan keçməsinə mane olan qanun layihəsi qəbul edib. Ahlibeyt.az-ın verdiyi xəbərə görə,bu barədə Salamnews “Reuters” agentliyinə istinadla məlumat yayıb. Ölkənin ultrasağçı milli partiyası tərəfindən irəli sürülən layihəyə əsasən, din yalnız ən azı 50 min ardıcılı olduğu təqdirdə rəsmi status ala bilər. Bundan əvvəl eyni göstərici 20 min nəfər təşkil edirdi. Bundan başqa, sonuncu siyahıyaalmaya əsasən, Slovakiyada müsəlmanların sayı 2000-dən çox deyil. Başqa bir təşəbbüs isə dinin dövlət qeydiyyatından keçə bilməsi üçün ən azı 250 min ardıcıla malik olmalı olduğunu ehtiva edir. “İslamlaşdırma kababla başlayır və bu, artıq Bratislavaya gəlməkdədir. Təsəvvür edin, 5-10 ildən sonra nə ilə qarşılaşacağıq. Gələcəkdə ölkədə məscidlərin tikilməməsi üçün bizdən asılı olan hər şeyi etməliyik.”, - agentlik partiya sədri Andrey Dankonun sözlərindən sitat gətirib. Qeyd edək ki,Slvakiya Avropa Birliyinə daxil olan yeganə ölkədir ki, ərazisində məscid mövcud deyil.Qeyri-rəsmi məlumatlatra görə,ölkə ərazisində 4-5 min nəfərə yaxın müsəlman yaşayır ki,bunların da əsas hissəsi Albaniya, Bosniya olan müsəlmanlar və ərəblərdir. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
5 Dekabr, 2016 11:24 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |