|
• DünyadaNovruz bayramı YUNESKO-nun qeyri-maddi irs üzrə Reprezentativ siyahısına daxil edilibNovruz bayramı YUNESKO-nun qeyri-maddi irs üzrə Reprezentativ siyahısına daxil edilib. Ahlibeyt.az-ın Report-a istinadən verdiyi xəbərə görə,bu barədə YUNESKO-nun mətbuat xidməti məlumat yayıb. Qərar YUNESKO-nun qeyri-maddi mədəni irsin qorunması üzrə Komitəsinin bu gün Əddis-Əbabada keçirilən iclasında qəbul edilib. Qeyd edək ki, müvafiq müraciət bir neçə dövlət - Azərbaycan, Əfqanıstan, Hindistan, İran, İraq, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkmənistan, Türkiyə və Özbəkistan tərəfindən edilib. YUNESKO-nun arayışında bəzi ölkələrdə Novruz, Naurız, Navruz və Nooruz kimi də adlanan bu bayramın "yeni gün" mənası verdiyi və özündə çoxsaylı mərasimlər, ayinlər, və digər tədbirlər ehtiva etdiyi göstərilir. "Bütün ailə üzvlərinin təmizlik, parlaqlıq, firavanlıq və var-dövlət rəmzi olan əşyalarla bəzədilmiş masa ətrafında toplaşması və dostlarla və yaxınlarla birgə hazırlanmış yeməklərdən zövq alması vacib ənənədir. Bu təcrübələr mədəni müxtəlifliyi və tolerantlığı dəstəkləyir, ictimai həmrəylik və sülhün formalaşmasına töhfə verir", - YUNESKO qeyd edir. Xatırladaq ki, Novruz bayramı, həmçinin 2009-cu ildə YUNESKO tərəfindən Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib. O vaxt müvafiq müraciəti daha az ölkə - Azərbaycan, Hindistan, İran, Qırğızıstan, Pakistan, Türkiyə və Özbəkistan etmişdi.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
30 Noyabr, 2016 14:00 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |