إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Kanadanın Edmonton şəhərində Quran ayələri yazılmış bilbordlar

Kanadanın Edmonton şəhərinin müsəlman xanımları İslam barədə yaranmış yalnış təsəvvürlərlə mübarizə məqsədi ilə şəhərin müxtəlif yerlərində Quran ayələri yazılmış bilbordlar qurublar.

ahlibeyt.az-ın İqna-ia istinadla verdiyi xəbərə görə, Kanadanın Edmonton şəhərinin müsəlman xanımları şəhərin müxtəlif yerlərində Quran ayələri yazılmış bilbordlar və lövhələr qurulmasına təşəbbüs göstəriblər.

Onlar bununla İslam barədə zehnlərdə yaranmış yalnış təsəvvürlərə qarşı mübarizə aparmaq istəyirlər.

Amerikanın şimalının "İslam Təşkilatı"nın qadınlar bölməsi Edmonton şəhərinin müxtəlif yerlərində Quran ayələri yazılmış lövhələri yerləşdirməklə vətəndaşları öz müsəlman qonşularının görüşünə getməyə təşviq edirlər.

Onlar bildirirlər:

"Biz müsəlmanlarla görüş keçirin, öz sualınızı birbaşa bizim özümüzdən soruşun ki, sizin suallarınıza və nifrətə bulaşmış yalnış təsəvvürlərinizə doğru cavabı verək."

Müsəlman xanımların şəhərin müxtəlif küçələrində Quran ayələri yazılan lövhələrin quraşdırmasına əsas səbəb isə Kanadanın Edmonton şəhərində insanlar arasında islamofob və müsəlmanlar əleyhinə yazıları ehtiva edən açıqçaların paylanması olmuşdu.

Bu lövhələrin üzərinə "bir insanın xilası bütün bəşəriyyətinin xilasıdır" və "hər bir zorakılıq məhkum edilir" kimi şüarlar Quran-Kərimin mübarək "Maidə" (süfrə) surəsinin 32-ci ayəsinin məfhumuna əsaslanaraq yazılıb.

Həmçinin bu lövhələrdə vətəndaşlara elan verilib ki, İslam barəsindən daha çox məlumat əldə etmək və yaxından tanış olmaq istəyənlər və pulsuz olaraq Quran nüsxələri əldə etmək istəyənlər "Şimali Amerikanın İslam Təşkilatı" (İCNA) ilə əlaqə saxlasınlar.

"Şimali Amerikanın İslam Təşkilatı"nın (İCNA) qadınlar bölməsinin üzvlərindən olan Əfşan fatimə bildirib:

"Biz çalışırıq ki, cəmiyyətdə İslam barəsində yayılmış yalnış təsəvvürlər ilə mübarizə edək. İnsanların çoxu İslam barəsində səhv məlumatlar əldə ediblər və buna görə İslama baxışları mənfidir və bilmirlər ki, biz müsəlmanlar üçün Allaha yaxınlaşmaq təkcə insanlara xidmət etmək yolu ilə mümkündür.

Bu addım ilə insanlardan istədik ki, öz suallarını birbaşa bizim özümüzdən soruşsunlar. Əgər İslamın həqiqi ardıcılı olan insanlardan İslamı öyrənsələr daha doğru və dolğun cavablar alacaqlar və bu cavablar bir çox yanlış təsəvvürləri aradan aparacaqdır."

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
30 Noyabr, 2016  12:06 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!