إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Bu gün Rəbiül-əvvəl ayı daxil olur

Bu gün şam azanı zamanı qəməri təqvimi ilə Rəbbiül-əvvəl ayı daxil olur.

Bu mübarək ayın hər günü və gecəsi bərəkət, rəhmət və fəzilətlə dolu bir aydır. Bu ayın birinci gecəsində "Leylətul-Məbit" hadisəsi baş verib. Həmin gecədə İmam Əli (ə) fədakarlıq edərək Həzrət Peyğəmbərin (s) yatağında yatdı və Peyğəmbər (s) Mədinəyə hicrət etdi. Bu günün ehtiramına iki əməl tövsiyyə olunur. 1.Oruc tutmaq. 2. Həzrət Peyğəmbərin (s) və İmam Əlinin (ə) ziyarətnamələrini oxumaq.

- Rəbiül-əvvəl ayının 1-ci günü İslam Peyğəmbərinin Məkkədən Mədinəyə hicrət etdiyi günə təsadüf edir. Tarixdə göstərilir ki, İslam Peyğəmbərinin (s) peyğəmbərliyindən on üç il keçdikdən sonra, Əbu Cəhlin təklifi və Qüreyş qəbiləsinin böyüklərinin qərarı ilə bir dəstə o həzrətin evinə hücum edib o həzrəti qətlə yetirmək istədikdə, Cəbrail-Əmin Allah-Taala tərəfindən o həzrətin Məkkədən Mədinəyə hicrət etməsi əmrini gətirir. İmam Əli (ə) Peyğəmbərin (ə) yatağında yatır və Peyğəmbər (s) tərəfdarları ilə birlikdə Məkkədən çıxıb, üç gün “Sur” mağarasında qaldıqdan sonra Mədinəyə doğru hərəkət edir. Həmin gün imam Əli (ə) canını Peyğəmbərin (s) yolunda təhlükəyə ataraq o həzrətin yerində yatdığı üçün tarixdə “Leylətül-məbit” adlanır.

Oruc tutmaq - İslam Peyğəmbərinin (s.ə) hicrətinin nailiyyətlə həyata keçməsinə şükür əlaməti olaraq rəbiul-əvvəl ayınıın birinci günü oruc tutmaq, sədəqə və ehsan vermək müstəhəbdir.

Ayın ilk gününün namazı

Ayın ilk günündə ayın birinci gününün namazını qılmaq müstəhəbdir; iki rükətdir, birinci rükətdə Həmd surəsindən sonra 30 dəfə "Qul huvəllah" surəsi oxumaq (ayın günlərinin sayı qədər) və ikinci rükətdə isə 30 dəfə "İnna ənzəlnahu fi ləylətil-qadr" surəsi oxumaq və namazdan sonra da Allah yolunda sədəqə çıxarmaq müstəhəbdir (əgər fəqir şəxs tapa bilməsə sədəqə çıxarıb kənara qoysun); bəzi hədislərə əsasən, bu əməli edən şəxs həmin ayda öz sağlamlığını Allahdan almış

Oruc tutmaq

Hər bir ayda üç gün oruc tutmaq tövsiyə edilir. Mərhum əllamə Məclisi Zadul-məad kitaabında buyurur: "Məşhur nəzəriyyəyə əsasən, üç gün deyiləndə hər ayın birinci cümə axşamı, və sonuncu cümə axşamı və ayın orta on günlüyündən birinci çərşənbə günü nəzərdə tutulur".

İmam Sadiq (ə) bir hədisdə buyurur: "Hər kəs bu üç günü oruc tutarsa ehtiyyatlı olsun ki, heç bir kəslə mübahisə və kobudluq etməsin; əgər ona qarşı kobudluq edilərsə əfv  edib güzəşt etsin. Bu günlərdə oruc tutarsa və mömin qardaşının evində olduğu halda ona iftar etməsi təklif edilərsə möminin təklifini qəbul edib iftar etmə oruc tutmağın yetmiş bərabəridir".

Həmçinin Peyğəmbər (s) və imam Əlini (ə) ziyarət etmək tövsiyə olunur.

Səkkizinci gün

İmam Həsən Əsgərinin (ə) kədərli şəhadət günüdür. Bu gündə hüzn və kədərli olmaq daha yaxşıdır, xüsusilə də ki, bu günün əza sahibi həzrət İmam Zamandır (ə) bu baxımdan İmam Zamanı (ə) ziyarət edib başsağlığı vermək təqdirə layiqdir

Doqquzuncu gün

Həzrət Bəqiyyətəllah İmam Zamanın (ə) imamlıq məqamına çatan günüdür. Bu gün münasibətilə Allaha şükr etsin və İmamın qeybətə çəkilməsindən kədərləndiyini bildirsin, zühur dövrü və onun fayda və bərəkətlərini xatırlasın. (əl-Muraqibat, səh: 75)

Rəbiül-əvvəl ayının 9-cu günü imam Zamanın (ə.c.) imamətinin ilk gününə təsadüf etdiyindən, bayram və şərafətli bir gün olması ilə yanaşı, rəvayətdə göstərilir ki, həmin gün Allah yolunda infaq edən və yosxullara əl tutan şəxsin günahları bağışlanar. Yoxsul və kimsəsiz mömin bacı və qardaşları yedirmək, onları sevindirmək, qəmlərinə şərik olmaq, çoxlu sədəqə vermək və ibadət etmək bu günün müstəhəb əməllərindəndir.

Onuncu gün

Əziz İslam Peyğəmbərinin (s.ə) həzrət Xədicə (ə) ilə izdivacı bu  günə təsadüf edir...(əl-Muraqibat, səh: 76)

İslam tarixi mənbələrində Həzrəti Məhəmmədin doğum günü münasibəti ilə qeyd olunan "Vəhdət Həftəsi" iki təqvim - Rəbbiül əvvəl ayının 12-si və 17 -si olunur.

12-ci gün:

Əhli-Sünnə alimlərinin nəzərincə, Rəbiül-əvvəl ayının 12-ci günü İslam Peyğəmbərinin (s) mövlud gününə təsadüf edir. Həmin gün birinci rükətdə “Həmd” surəsindən sonra üç dəfə “Kafirun” surəsini, ikinci rükətdə isə “Həmd” surəsindən sonra üç dəfə “İxlas” surəsini oxumaqla iki rükət namaz qılmaq müstəhəbdir.

17-ci gün:

Şiə alimlərinin nəzərinə əsasən, Rəbiül-əvvəl ayının 17-ci günü İslam Peyğəmbərinin (s), eləcə də altıncı imamımız imam Sadiqin (ə) mövlud gününə təsadüf edir.

Həmin gün bir neçə əməlin yerinə yetirilməsi müstəhəbdir:

1. Qüsl etmək;

2. Oruc tutmaq; bu günün orucu bir illik orucun savabına bərabərdir.Bu gün tutulan oruc fəzilətinə görə il ərzində seçilmiş dörd günlərdən biri kimi   qeyd olunur

3. Peyğəmbər (s) və imam Sadiqi (ə) istər uzaqdan, istərsə də yaxından ziyarət etmək (onlara məxsus ziyarətnamələri oxumaq);

4. Gün doğan zaman iki rükət namaz qılmaq; hər iki rükətdə “Həmd” surəsindən sonra on dəfə “Qədr” və on dəfə “İxlas” surələri tilavət olunur.

5. Sədəqə vermək və məhrum təbəqəni xeyirxah əməllərlə sevindirmək.Müqəddəs məkanları ziyarət etmək

Mənbə: “Məfatihul-cinan”, Şeyx Abbas Qummi, “Rəbiül-əvvəl ayının əməlləri”

 

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
7 Oktyabr, 2021  12:45 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!