إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Həzrət Abbas (ə) ziyarətgahı ƏRBƏİN zəvvarlarının sayını açıqladı

Həzrət Abbas (ə) ziyarətgahının idarə heyəti hesabat yayaraq ƏRBƏİN ziyarəti mərasimi zamanı Kərbəla istiqamətində piyada yürüşlərdə iştirak edən zəvvarların sayını açıqlayıb.

Ahlibeyt.az-ın İqna-ya istinadən verdiyi xəbərə görə,bu barədə "Kafil" peyk tv kanalı xəbər və informasiya portalı məlumat yayıb.

Məlumata görə, Həzrət Abbas(ə) ziyarətgahının idarə heyəti hesabat yayaraq bu il "ƏRBƏİN" ziyarəti mərasimi zamanı Kərbəla istiqamətində piyada yürüşlərdə iştirak edən zəvvarların sayını açıqladı.

Bu müqəddəs ziyarətgahın yaydığı hesabata əsasən, İmam Hüseynin(ə) Ərbəin mərasimi kamil şəkildə sənədli film olaraq hazırlanıb və dünyanın tarix boyu pulsuz xidmətlər göstərən ən böyük bəşəri toplantısı adını alıb.

Həzrət Abbas(ə) ziyarətgahının "üməna heyəti"inin verdiyi açıqlamada deyilir ki, Ərbəin ziyarəti mərasimində piyada yürüşlərdə iştirak edən zəvvarların hamısının sayı Kərbəlaya tərəf bütün istiqamətlərdə, o cümlədən Bağdad- Kərbəla, Nəcəf- Kərbəla, Babil- Kərbəla və s... quraşdırılmış yüksək keyfiyyətli kameralar vasitəsilə qeydə alınıb. Kameralar bütün piyada zəvvarları 1438-ci hicri-qəməri ilinin Səfər ayının 7-dən 20-dək izləyib və hərəkətlərini gecə və gündüz qeydə alıb.

Hesabatda deyilir ki, gecələr kifayət qədər işığın olmadığı üçün zəvvarların dəqiq sayını müəyyən etmək olmayıb. Amma bununla belə qeydə alınan zəvvarların sayı 11 milyon 210 min 367 nəfərdir.

Qeyd edək ki, bu rəqəm təkcə göstərilən istiqamətlərdə piyada yürüşlərində iştirak edən zəvvarlara aiddir. Həmçinin "əl-Ətişə- Kərbəla" və "Eynut-Təmr –Kərbəla" istiqamətlərində zəvvarların sayını qeydə almaq mümkün olmadığı üçün bu iki istiqamətdə hərəkət edənlərin sayı bu rəqəmə daxil deyildir.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
26 Noyabr, 2016  10:31 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!