|
• DünyadaBMT-dən açıqlama:Myanma ordusu müsəlmanları məhv etmək istəyirBMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının məsul şəxslərindən biri elan edib ki, Myanma hökumət bu ölkənin müsəlmanlarını məhv etməyə çalışır. Ahlibeyt.az-ın Maide.az istinadən verdiyi xəbərə görə, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının nümayəndəsi BBC-yə açıqlamasında deyib ki, Myanma silahlı qüvvələri Rahin əyalətində Rohinya müsəlmanlarını qətliam edir və bir çox müsəlman qonşu ölkələrə qaçmaq məcbudiyyətindədir. Myanmar hökuməti və ordusunun müsəlmanlara qarşı vəhşiliyi və qətliamına dair videolar və fotolar dünyada yayımlandığı bir vaxtda Myanma hökuməti iddia edir ki, müsəlmanlara qarşı vəhşicəsinə davranmır. Myanma hökuməti Rohin əyalətinə jurnalistlərin və xilasedcilərin girişini qadağan edib. Myanma müsəlmanlarının sayı 1 milyon nəfərdir. İfratçı buddistlər müsəlmanlara qarşı vəhşilikləri və qətliamları ört-basdır etmək üçün iddia edirlər ki, onlar Banqladeşdən gəlib və qanunsuz miqrantlardır. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı elan edib ki, Myanma təhlükəsizlik qüvvələri kişiləri güllə ilə öldürür, uşaqların başını kəsir, qadınları zorlayırlar, evləri yandırırlar və bir qrup müsəlmanı məcbur ediblər ki, qayıqla Banqladeşə getsinlər. Human Rights Watch elan edib ki, son 6 həftə ərzində Rohingiya müsəlmanlarına məxsus 1200-dən çox ev yandırılıb. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
25 Noyabr, 2016 16:05 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |