إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Livan ordusundan xüsusi əməliyyat: İŞİD lideri tutuldu

Hərbçilər terrorçulara məxsus çox sayda silah və "canlı bomba" kəmərlərini də müsadirə edib.

Ahlibeyt.az-ın İslamazeri-yə istinadən məlumatına görə,bu barədə "Reuters" agentliyi xəbər yayıb

Məlumata əsasən, Livan hərbçiləri xüsusi əməliyyat keçiriblər. Əməliyyat zamanı İŞİD terror təşkilatının başçılarından biri tutulub. Məlumatı təhlükəsizlik qüvvələrindəki mənbədən veriblər.

Əməliyyat bu gün səhər saatlarında Suriya ilə sərhəddə yerləşən Ərsal şəhəri yaxınlığında keçirilib. Reyd zamanı daha 11 terrorçu da tutulub.

Əməliyyat zamanı İŞİD başçılarından Əhməd Yusid Amoun yaralanıb.

Hərbçilər terrorçulara məxsus çox sayda silah və "canlı bomba" kəmərlərini müsadirə edib.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
25 Noyabr, 2016  15:43 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!