إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Məhşur Əhli-beyt (ə) məddahı Səlim Müəzzinzadə vəfat edib

Əslən İranın Ərdəbil şəhərindən olan məşhur Əhli-beyt (ə) məddahı Səlim Müəzzinzadə bu gün 80 yaşında dünyasını dəyişib

Səlim Müəzzinzadə Ərdəbili əslən - Məşhur məddah Ərdəbil şəhərində dünyaya gəlib. Növhələrinin çoxunu azərbaycan dilində yazıb. O, görkəmli müəzzin Rəhim Müəzzinzadə Ərdəbilinin qardaşıdır. Atası Əbdülkərim Müəzzinzadə Ərdəbilidə İran radiyosunun ilk müəzzini olub.

Qeyd edək ki,mərhum məddah Səlim Müəzzinzadə dəfələrlə ölkəmizdə səfərdə olmuş,Əhlibeyt(ə) adına təşkil olunan mərasimlərdə nohə və mərsiyyələr oumuşdur.

Qeyd edək ki,Səlim Müəzzinzadənin qardaşı Rəhim Müəzzinzadənin oxuduğu azan sovet dönəmində belə Azərbaycandakı məscid minarələrindən səsləndirilmişdir.O, 2005-ci ildə dünyasını dəyişmiş və Rey şəhərindəki İbn Babaveyh qəbirstanlığında dəfn edilmişdir.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
22 Noyabr, 2016  12:30 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!