إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Gələn il baş verəcək Ay və Günəş tutulmalarının vaxtı açıqlanıb

2017-ci ildə baş verəcək Ay və Günəş tutulmalarının vaxtı açıqlanıb.

Ahlibeyt.az-ın verdiyi xəbərə görə, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılov APA-ya bildirib ki, gələn il 2 Ay və 2 Günəş tutulması olacaq. İlk Ay tutulması fevralın 11 də baş verəcək. Saat 02:34-də başlayacaq, Ay tutulması saat 04:43-də maksimumda olacaq, saat 06:51 başa çatacaq. Avqustun 7-də isə ikinci Ay tutulması gözlənilir. Proses saat 21:23-də başlayacaq, saat 22:20-da maksimumda olacaq, saat 23:18-də başa çatacaq.

Günəş tutulmaları fevralın 26-da və avqustun 21-də olacaq. Fevralın 26-da Günəş tutulması saat 16:12-də başlayacaq, saat 18:54-də  maksimumda olacaq, saat 21:35-də bitəcək. Avqustun 21-də isə saat 19:47-də başlayacaq ikinci Günəş tutulması saat 22:26-da maksimumda olacaq, saat 01:04-də isə başa çatacaq.

Qeyd edək ki,ay və günəş tutulmaları zamanı müsəlmanlar müvafiq şəriət qaydalarına uyğun olaraq ayət namazı qılınır

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
21 Noyabr, 2016  11:08 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!