إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

İlahiyatçı alim Hacı Şahin Həsənli Türkiyədə keçiriləcək "Ərbəin" mərasiminə dəvət olunub

İlahiyyatçı alim,"Məşədi Dadaş" məscidinin imam camaatı Hacı Şahin Həsənli Türkiyədə İmam Hüseyn(ə)ın və Kərbəla şəhidlərinin "Ərbəin" mərasiminə  (qırx mərasimi) qatılmaq üçün bu ölkəyə səfər edib.

Ahlibeyt.az-ın məlumatına görə, Azərbaycanın tanınmış  ilahiyyatçı alimi Hacı Şahin Həsənli Türliyədə keçiriləcək "Ərbəin" mərasiminə dəvət olunub.

Məlumata görə,bu il Türkiyədə  noyabr ayının 20-də qeyd olunacaq "Ərbəin" mərasimi CAFERİDER VƏ Dünya Cəfərilər Alimlər Birliiyi tərəfindən təşkil olunub.

Tədbirdə Türkiyənin tanınmış din xadimləri və ilahiiyyatçıları ilə yanaşı Azərbaycanlı ilahiyyatçı Hacı Şahin Həsənli dəvət olunmuş və çıxış nitqi üçün söz verilmişdir.

Azərbaycanlı İlahiyatçı Hacı Şahin Həsənlini İstanbul hava limanında CABİR Başqanı (Cəfəri Alimlər Birliyi) Ş. Hasan Karabulut, CAFERİDER Genel Sekreteri Kasım Nas ve beraberindeki heyet qarşılayıb.

Qeyd edək ki,mərasim Türkiyə vaxtə ilə 14:30 da(Bakı vaxtı ilə 16:30) Halkalı Yahya Kemal Gösteri Merkezinde şeçiriləcək və CEM Tv-də canlı olaraq yayamlanacaq.

Mərasimi aşağdakı linklrdən canlı olaraq izləyə bilərsiniz

http://www.cemtv.com.tr/canli.asp

http://www.on4.com.tr/canli-yayin.aspx

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
20 Noyabr, 2016  14:18 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!