إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Dağıstanda ibadət otaqlarına malik avtobus dayanacaqları tikilir

Dağıstanın Xunzat rayonunda ibadət otaqları ilə təchiz edilmiş avtobus dayanacaqlarının tikilməsinə başlanılıb. Burada eyni zamanda üç mömin namaz qıla biləcək.

Ahlibeyt.az-ın SalamNews-a istinadən verdiyi xəbərə gğrə, artıq belə bir dayanacağın istismara verildiyi bildirilir.

Hazırda ikinci dayanacaq istifadəyə verilmə ərəfəsindədir. Onlar köhnə mühafizə qüllələri stilində tikilib:

“Nəqliyyat gözləyərkən belə bir dayanacaqda vaxt keçirmək xoş olacaq. Müsəlmanlar dini tələbatlarını qarşılaya biləcəklər. Xüsusi olaraq bunun üçün dayanacaqlar ibadət otağı ilə təchiz edilib”, - deyə rayon rəhbərinin müavini Şamil Ammayev bildirib.

Rayonda ümumilikdə 10 belə avtobus dayanacağının tikilməsi planlaşdırılır. Lakin rayon rəhbərliyi nümayəndələrinin sözlərinə əsasən, yerli sakinlərin zövqünə uyğun gələcəyi halda belə dayanacaqların sayının daha çox olması mümkündür.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
14 Noyabr, 2016  18:50 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!