إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Ərbəin zəvvarlarının təhlükəsizliyini 24 min xüsusi təyinatlı təmin edəcək

Ərbəin zəvvarlarının təhlükəsizliyi qoruyacaq "əl-Fərat əl-Əvsət" briqada rəisi bildirib ki,əməliyyatlara 24 mindən çox xüsusi təyinatlı cəlb olunacaq.

Ahlibeyt.az-ın İqna-ya istinadla verdiyi xəbərə görə, Kərbəlada İmam Hüseynin(ə) Ərbəin (40 mərasimi) ziyarəti üçün  təhlükəsizlik qüvvələri rəisi əl-Məhmədavi bildirib ki, 24 mindən çox xüsusi təyinatlı qüvvələr zəvvarların təhlükəsizliyini qoruyacaq.

Qeys əl-Məhmədavi qeyd edib ki, bəzi məntəqələrdə təhlükəsizlik tədbirləri ilə əlaqədar dəyişikliklər icra olunub. Beləki Ərbəin zəvvarlarının təhlükəsizliyini təmin etmək üçün könüllü qüvvələrdən nəzarət, identifikasiya və yoxlamalarda istifadə olunacaq. Bunlara kömək məqsədi ilə xalq könüllüləri də qoşulacaq.

Əl-Məhmədavinin sözlərinə görə, bu il Ərbain mərasiminin təhlükəsizlik planı keçən illərdəkindən həm şərait və həm də zamanlama cəhətindən fərqlidir və bu il İŞİD terroristlərinin ehtimali hücumlarının qarşısını almaq planı daha çox əhəmiyyət daşıyır.

Məlumata görə, təhlükəsizlik qüvvələri hazırda Kərbəla əyaləyinin bütün bölgələrində nəzarəti ələ alıblar. Həmçinin hərbi hava qüvvələri də əyalətdə və xüsusilə də sərhəd bölgələrində zəvvarların təhlükəsizliyi əməliyyatlarına cəlb olunublar.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
10 Noyabr, 2016  10:02 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!