إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Suriya hökuməti Raqqa əməliyyatına münasibət bildirdi

Suriya hakimiyyəti "Suriya Demokratik Qüvvələri"nin (SDQ) keçirdiyi Raqqa şəhərinin azad edilməsi əməliyyatını qeyri-qanuni və milli suverenlik üçün təhlükə hesab edir.

Ahlibeyt.az-ın İslamazeri-yə istinadən verdiyi xəbərə görə, "İzvestiya"-nın məlumatında bildirilir ki,bu sözləri Suriya parlamentinin deputatı Camal Rabia səsləndirib.

"Suriya rəhbərliyi ilə razılaşdırılmamış və ölkə ordusunun hərəkətləri çərçivəsindən çıxan istənilən əməliyyat qanunsuzdur.", - deyə Rabia bildirib.

Onun sözlərinə görə, bu ABŞ-ın himayə etdiyi SDQ-yə də aiddir. "Rəsmi Dəməşq həmin əməliyyatı milli suverenliyə hücum kimi qiymətləndirir.", - deyə deputat qeyd edib.

Bununla yanaşı millət vəkili əlavə edib ki, "Biz həm kürdlərin, həm də digər xarici "oyunçuların" terrorçuluqla mübarizədə atdıqları istənilən addımları dəstəkləyirik, bir şərtlə ki, həmin hərəkətlər Suriya rəhbərliyi ilə razılaşdırılmış olsun".

Qeyd edək ki,ABŞ-ın himayə etdiyi SDF-in özəyini kürdlərin terrorçu PKK təşkilatının Suriyadakı bölmələri olan YPG və PYD dəstələri təşkil edir.

Bir neçə gün əvvəl, "Suriya Demokratik Qüvvələri" (Syria Democratic Forces, SDF) koalisiyası Suriyanın Rəqqa şəhərinə, İŞİD-in faktiki paytaxtına hücuma başlayıblar.

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
8 Noyabr, 2016  12:47 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!