إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Parisdə 4 məscid bağlanılıb

Fransanın daxili işlər naziri Bernar Kaznevin göstərişi ilə paytaxt Parisdə radikal ideyaların təbliğinə görə dörd məscid bağlanılıb.

Ahlibeyt.az-ın Salamnews-a istinadla verdiyi xəbərə görə, bu barədə ölkə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Sənədə əsasən, bağlanılan məscidlərdə din pərdəsi altında respublikanın dəyərlərinə zidd, təhlükəsizliyə, ictimai asayişə təhlükə olan, radikal ideologiyaya yardım edən görüşlər təşkil olunur.

Qərarın 2015-ci il noyabrın 13-də Parisdə törədilmiş terror aktından sonra tətbiq edilən fövqəladə vəziyyətin tələblərinə uyğun olaraq verildiyi bildirilir.

Parisin Val-de-Marn departamenti ərazisindəki məsciddə Suriyada terror qruplaşmasının tərkibinə daxil olan 12 nəfərin "məzun olduğu" gizli "məktəb" aşkar edilib.

İvelin departamentindəki məscidin namaz otağında digər konfessiyalara hücuma çağıran ekstremist mərkəz ifşa olunub.

Fransa hökumətinin məlumatında avqust ayının 1-dən ölkədə islam ayinlərinin icrası üçün nəzərdə tutulmuş 20 yerin bu qayda ilə bağlanıldığı bildirilir.

Ölkənin baş naziri Manuel Vals xaricdən maliyyələşən məscidlərin fəaliyyətinə qadağa qoyulması məsələsinə baxmağı təklif edib.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
7 Noyabr, 2016  13:48 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!