إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Bu əməl insanı dünya və axirətdə əziz və istəkli edir

Müsəlmanların 4-cü imamı Əli ibn Hüseyn Zeynul- Abidin (ə) buyurur: "Hər gün səhər insanın dili başqa əzalara baş çəkər və deyər: Necəsiniz? Onlar deyərlər: Əgər sən bizi rahat buraxsan, bizdən əl çəksən, biz yaxşıyıq. Səni and veririk Allaha, bizim barəmizdə Allahı unutma ki, biz sənə görə savab alacaq və ya cəzalanacayıq".

İnsanın bədən üzvləri arasında "dil" elə bir üzvdür ki, digər əzalardan daha çox ona nəzarət  edək. Əgər bu üzvə düzgün və ciddi nəzarət etməsək bizi müxtəlif günahlara aludə və düçar edəcək. Bunlar qeybət, yalan, töhmət, dil yarası vurmaq, minnət qoymaq, istehza etmək, şübhə və şayiə yaymaq və s... kimi böyük günahlardır və insanın savab və xeyir əməllərini məhv edər, yandırar və qiyamət günü əməl dəftərini pisliklərlə doldurar. Buna görə də həm Quran Kərimdə və həm də məsum imamlarımızın və rəhbərlərimizin kəlamlarında bu barədə çox sayda tövsiyələr və xəbərdarlıqlar mövcuddur.

Həzrət İmam Əli ibn Hüseyn Zeynul- Abidin (ə) buyurur: "Hər gün səhər insanın dili başqa əzalara baş çəkər və deyər: Necəsiniz? Onlar deyərlər: Əgər sən bizi rahat buraxsan, bizdən əl çəksən, biz yaxşıyıq. Səni and veririk Allaha, bizim barəmizdə Allahı unutma ki, biz sənə görə savab alacaq və ya cəzalanacayıq".

Digər bir rəvayətdə qeyd olunur ki,bir kişi İmam Musa Rzanın (ə) yanına gəlib dedi: Ey Peyğəmbər balası, mənə nəsihət et.İmam (ə) buyurdu: Dilini qoru və kontrol et ki, Allah və insanlar yanında əziz olasan və şəxsiyyətinin övsarını və cilovunu insanların əlinə vermə ki, cəmiyyətdə xar və zəlil olarsan.

İmam Rza (ə) buyurur: "Bəni İsraildə hər kəs ibadət ilə məşğiul olmaq istəsəydi bundan öncə on il danışmazdı və "sükut"la məşğul olardı. Yəni yersiz və faydasız söz danışmazdı və öz fikrini İlahi maarif və hikmət ilə məşğul edərdi".

Mənbə: Shabestan

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
4 Noyabr, 2016  11:09 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!