إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

İstanbulda "İƏT-ə üzv dövlətlərin inkişafında qadınların rolu" mövzusunda nazirlərin konfransı keçirilib - Foto

İstanbulda “İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin inkişafında qadınların rolu” mövzusunda nazirlərin VI Konfransı keçirilib.

Ahlibeyt.az-ın verdiyi xəbərə görə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumatda bildirilir ki,İƏT-ə üzv ölkələrin müvafiq nazirliklərinin nümayəndələrinin iştirak etdiyi konfransda Azərbaycanı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova təmsil edib.

Konfransda çıxış edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan siyasi həyatında qadınlardan çox ciddi dəstək gördüyünü qeyd edib.

H. Hüseynova isə Azərbaycanda məişət zorakılığı ilə mübarizə, qadınların bələdiyyədə, qərar qəbuletmədə təmsilçiliyinin artırılması, qadınların iqtisadi fəallığının gücləndirilməsi və digər sahələrdə aparılan mühüm işlər barədə məlumat verib.

Konfransda qadınların statusu ilə bağlı imzalanmış müvafiq sənədlərlə bağlı Azərbaycan hökumətinin hesabatları dinlənilib. Konfransda sədrlik Azərbaycandan Türkiyəyə keçib.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
3 Noyabr, 2016  13:45 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!