إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Baş nazir Heydər əl-Abadi: Türkiyə müharibə arzulayırsa, İraq buna hazırdır!

İraqın Baş naziri Heydər əl-Abadi bildirib ki, Türkiyənin İraq ərazisinə soxulması, Türkiyənin özündə parçalanmaya səbəb olacaq.

Ahlibeyt.az-ın İslamazeri-yə istinadən verdiyi xəbərə görə,bu barədə "Al- Mayadeen" məlumat yayıb.

Məlumata görə, Baş Nazir bildirib ki, İraq "Türkiyə ilə müharibə etmək istəmir". Lakin, rəsmi Ankara müharibə etməyi arzu edirsə, o zaman rəsmi "Bağdad buna hazırdır".

Baş nazirin bu bəyanatı KİV-lərdə yayılmış xəbərlərin fonunda səslənib. Məlum xəbərlərdə Türkiyənin İraqla sərhəd ərazisinə çoxlu sayda zirehli texnika və tanklar göndərməsi bildirilir. Türkiyə Müdafiə Nazirliyi də daha sonra bu məlumatları təsdiqləmişdi. Bundan əlavə, Türkiyənin müdafiə naziri Fikri Işık bildirib ki, Ankara lazım gəldikdə "İraqın şimalında yerləşən Başika düşərgəsindəki öz hərbi kontingentini artıra bilər".

Qeyd edək ki, ötən gün Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu bildirib ki, Türkiyə İraqla münasibətlərdə olan gərginliyin azaldılması məqsədilə diplomatik səyləri davam etdirir. Xatırladaq ki, iki ölkə arasındakı gərginliyə səbəb Mosuldan şimalda yerləşən Başika bazasındakı türk hərbi təlimatçıların mövcudluğudur.

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
2 Noyabr, 2016  14:54 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!