إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Tanınmış Amerikalı kinorejissor Ərbəin yürüşü haqqında film çəkir

Tanınmış Amerikalı kinorejissor Ərbəin yürüşündə yaşanan o gözəl anları lentə almaq üçün film çəkilişlərinə başlayır.

Ahlibeyt.az-ın Maide.az-a istinadən məlumatına görə, Əhli-Beyt (ə) aşiqlərinin Kərbəlaya izdihamlı piyada yürüşü haqqında film çəkməyi planlaşdıran Amerikalı kinorejissor Katrin Bigelov (Kathryn Ann Bigelow) ötən gün İraqın Bəsrə şəhərinə səfər edib.

K.Bigelovun çəkəcəyi film "Böyük Ərbəin” adlanır. Film haqqında ətraflı məlumat verilməyib.

Qeyd edək ki, artıq bir neçə gündür ki, İraqın Bəsrə şəhərindən başlayaraq Kərbəla istiqamətində izdihamlı piyada Ərbəin yürüşləri başlayıb.

Səfər ayı başlayanadan sonra İraqın hər bir şəhərindən Kərbəla istiqamətdə piyada Ərbəin yürüşləri başlayır.

Amma xarici vətəndaşlar isə Ərbəin yürüşünü adətən Nəcəf-Əşrəf şəhərindən başlayırlar.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
1 Noyabr, 2016  12:10 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!