|
• Dünyadaİslam Əməkdaşlıq Təşkilatının baş katibi istefa veribİslam Əməkdaşlıq Təşkilatının baş katibi İyad Mədəni vəzifəsindən istefa verib.
Ahlibeyt.az-ın Apa-ya istinadən məlumatına görə, bu barədə “Əl-Ərəbiyə” telekanalı məlumat verib.
Məlumata əsasən, İyad Mədəni səhhəti ilə əlaqədar tutduğu vəzifədən istefa verməyi qərara alıb.
Ötən həftə mətbuat konfransında çıxış edən İyad Mədəni Misir prezidenti Əs-Sisini Tunisin dövlət başçısı ilə səhv salıb.
“Əminəm ki, sizin soyuducunuzda sudan başqa daha nə isə var ”, yanlışlığını zarafatla düzəltmək istəyən İyad Mədəni Tunis prezidenti Beji Kaid əs-Sebsiyə deyib. Bu sözlərə görə İslam Əməkdaşlıq Təşkilatının baş katibi tənqid atəşinə tuş gəlib.
Qeyd edək ki, bir müddət əvvəl Şərm-əş-Şeyxdə gənclər qarşısında çıxış edən Misir prezidenti Əbdülfəttah Əs-Sisi 10 il ərzində soyuducusunda yalnız suyun yer aldığını bildirib.
Səudiyyə Ərəbistanının sabiq Mədəniyyət naziri İyad Mədəni 2013-cü ildə İslam Əməkdaşlıq Təşkilatının baş katibi seçilmişdi.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
1 Noyabr, 2016 11:56 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |