إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Behiştə daxil olmagın yolu Allahın övliyasına tabe olmaq və onun sifətlərinə boyanmaqdır

“Hamımız dəvət olmuşuq ki, yeni insan həyatı və müqəddəs yaşam tərzi əldə edək, bu kamil insan və məsum imamla əlaqədə olmaq sahəsində reallaşır”.

Ahlibeyt.az-ın shabestan-a istinadən məlumatına görə,bu sözləri Ayətullah Seyyid Əli Xameneyinin İraqdakı ziyarət İdarəsinin nümayəndəsi höccətül-islam Nəcəfi Ruhani zəvvarlarla görüş zamanı bildirib.

O, ziyarəti dirilik səfəri adlandıraraq qeyd edib ki, insanın dostu və həmnişinini onda öz  təsirini buraxır:

"Torpaq əgər gül ilə həmdəm olsa, ətir saçar, necə ki, əgər insan pis qoxulu yerdə qalsa, pis iyi də götürəcəkdir.

Kərbəla behiştin bir parçasıdır, behişt safların və salehlərin yeridir. Ziyarətçilər özlərini behiştə daxil olmaga hazırlamalıdırlar. Paklıqdan, təmizlikdən və Allaha yaxınlaşmaqdan, Haqqa qovuşmaq başqa bir yol yoxdur.

Behiştə daxil olmaq üçün düzgün yol Allahın övliyalarına itaət etmək, kamil insanın gözəl sifətlərini özümüzdə yaradıb yaşatmaqdır.

İmam Hüseyn(ə) səciyyələri ən çətin şəraitdə camaat namazını bərpa etmək, həyatın hər anında əmr be məruf etmək, insan hüquqlarını və Allahın haqlarını ödəmək və habelə düşmənlə mübarizə səhnəsində iştirak etmək, din və dəyərlər ugrunda mübarizəyə qalxmağı tələb edirdi."

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
29 Oktyabr, 2016  12:58 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!