إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Ərbəin ziyarəti ilə bağlı İran-İraq sərhədi 24 saatlıq iş rejiminə keçib

Ərbəin günü (İmam Hüseynin şəhadətinin 40 mərasimi) yaxınlaşdıqca İran-İraq sərhədində  bu mərasimə qatılmaq istəyən zəvvarların sayı ilə bağlı izdiham gedərək artır.

Ahlibeyt.az-ın maide.az-a istinadən məlumatına görə,artıq İran sərhəddi 24 saatlıq iş rejiminə keçib. Bu barədə İran Gömrük İdarəsi rəhbəri bildirib.

Ərbəin ziyarətinə gedən zəvvarlar Mehran, Şələmçə və Çəzabə sərhəd buraxılış məntəqələrindən gediş-gəliş edə bilərlər.

Zəvvarların gediş-gəlişini asanlaşdırmaq və zəvvarların sıxlığını aradan qaldırmaq məqsədi ilə Şələmçə sərhəd keçid məntəqəsində xidmət göstərən polislərin və nəzarətçilərin sayı artırılıb.

Mehran buraxılış məntəqəsində sıxlıq həddən artıq olduğu üçün zəvvarlar bu sərhəd buraxılış məntəqəsindən də gediş-gəliş edə bilərlər.

Qeyd edək ki, hər il İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinin şəhadətinin 40 mərasimi - Ərbəin münasibətilə milyonlarla müsəlman Kərbəla şəhərinə piyada yürüş edir. Ötən il 20 milyon insanın bu izdihamlı mərasimdə iştirak etdiyi bildirilir.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
28 Oktyabr, 2016  12:41 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!