|
• DünyadaABŞ və bəzi Avropa ölkələri terrorizmin yaranmasında əsas səbəbkarlardır -Ayətullah XameneyiTerrorizmin icad olma yeri ərəb ölkələri hesab olunsa da, ABŞ və bəzi Avropa ölkələri bunun yaranmasında əsas səbəbkarlardır. Ahlibeyt.az-ın İslamazeri.az-a istinadən verdiyi xəbərə görə, bunu İran İslam İnqilabının Ali Rəhbəri Ayətullah əl-uzma Seyid Əli Xamenei Bosniya və Herseqovinanın prezident şurasının sədri Baqir İzzət Beqoviçi qəbulu zamanı səsləndirib. Baqir İzzət Beqoviçlə görüşündə Qərb ölkələrinin terrora verdiyi dəstəyə toxunan Ayətullah Xamenei bildirib: “Müstqil ölkələr imperialist dövlətlərin siyasətlərindən təsirlənməməli və ixtilaf alovunu söndürməlidir. Terrorizm bu gün artıq Avropaya yönəlib və vəziyyətin gələcəkdə daha pis olma ehtimalı da mövcuddur. Terrorizmin icad olma yeri ərəb ölkələri hesab olunsa da, ABŞ və bəzi Avropa ölkələri bunun yaranmasında əsas səbəbkarlardır. Mümkündür ki, bu dövlətlər terrorçularla bəzi vaxtlar mübarizəyə də qatılsınlar. Lakin nə İraqda, nə də Suriyada terrorizmi aradan aparmaq niyyətindədilər. Onların şər siyasətləri günbəgün bəşərin problemlərinin artmasına səbəb olur. Bu problemin yaranma səbəbləri aşkarlanmalı və həll olunmalıdır. Avropa ölkələrində müsəlman cavanlarının təhqir olması onların İŞİD kimi terror qruplarına qoşulması üçün şərait yaradır. Təhqir olunmuş bu cavanlar ölkələrinə geri döndükləri zaman qətl və terrora əl atırlar.”
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
26 Oktyabr, 2016 13:44 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |