|
• Dünyadaİraq ordusu 800 kvadratkilometr ərazini İŞİD-dən azad edib - Pentaqonİraq təhlükəsizlik qüvvələri Mosul şəhərinin azad edilməsi üzrə əməliyyat başlayandan bəri təxminən 800 kvadratkilometr ərazini İŞİD terror təşkilatından azad ed Ahlibeyt.az-ın SalamNews-a istinadla verdiyi xəbərə görə, bu barədə Pentaqonda keçirilən brifinqdə məlumat verilib. ABŞ Müdafiə Nazirliyinin qiymətləndirməsinə əsasən, əməliyyat “yaxşı start” götürüb və əvvəlcədən hazırlanmış plana uyğun olaraq irəliləyir. ABŞ müdafiə idarəsi ölkə hərbi müşavirlərinin İraq tərəfi ilə sıx əlaqə şəklində fəaliyyət göstərdiyini əlavə edib. Anonimliklərinin təmin olunması şərti ilə jurnalistlərlə söhbət edən ABŞ rəsmi şəxsləri Mosula yaxınlaşdıqca döyüşlərin daha intensiv olacağını və şəhərə doğru hərəkətin, çox güman ki, yavaşlayacağını söyləyiblər. Bildirək ki, İraq ordusu, yerli özünümüdafiə dəstələri və ABŞ-ın rəhbərlik etdiyi koalisiyasının aviasiya qüvvələri ilə oktyabrın 17-dən 2014-cü ildən İŞİD-in nəzarətində olan Mosulun terrorçulardan təmizlənməsi üzrə əməliyyat keçirir.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
25 Oktyabr, 2016 13:54 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |