إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Moskvada Məzhəblərin yaxınlaşması üzrə İlk Ümumdünya Forum başlayıb

Bu gündən Moskvada Məzhəblərin  yaxınlaşması üzrə  İlk Ümumdünya  Forum başlayıb.

Ahlibeyt.az-ın faktxəbər-ə istinadən məlumatına görə, bu barədə  Rusiyada Müsəlmanların Ruhani İdarəsi xəbər yayıb.

Okyabrın 20-nə kimi davam edəcək tədbirdə  əsasən Qroznıda qəbul olunan  əsl müsəlmanlar barədə  fətva müzakirə olunacaq.

"Hicrətin ilk əsrindən etibarən biz müsəlmanlar arasında artan çəkişmələri görürük, hansı ki, son nəticədə bir qrpu müsəlman digər qruppu ümumiyyətlə saymır. Avropanı sivilizasiyasının XVIII-XX əsrlərdə müsəlmanlara çağırışına layiqli cavab tapmamasının səbəblərindən biri İslam dünyasında çəkişmələrdir. O, həmçinin  İŞİD, Əl-Qaidə, Cəbhət ən-Nüsra və sair kimi təşkilatların  yaranması ilə nəticələnən  intellektual və ruhani böhranın səbəblərindən biridir», - deyə məlumatda bildirilib.

Qeyd edək ki, simpoziumda Rusiya, İran, Türkiyə, həmçinin Avropa, MDB, Yaxın Şərq, Şimali Afrika, Cənub Şərqi Asiya ölkələrinin  İslam Təşkilatlarının nümayəndjələri iştirak edəcək.
Xatırladaq ki, fətva avqustun sonlarında  Qroznıda keçirilən «Əhli-sünnə – onlar kimdir» konfransından sonra verilmişdi. Sənəd, mətnə əsasən, Rusiya müfti və alimlərinin  yekdil qərarı ilə razılaşdırılıb və Rusiya  Federasiyası ərazisində icrası vacibdir. Fətvada XVIII əsrin sonlarında Ərəbistan  yarımadasında yaradılan vəhhabilik kəskin tənqid olunub və İslamdan ayrı tutularaq, sekta kimi qəbul edilib.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
18 Oktyabr, 2016  16:59 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!