
Bu gündən Moskvada Məzhəblərin yaxınlaşması üzrə İlk Ümumdünya Forum başlayıb.
Ahlibeyt.az-ın faktxəbər-ə istinadən məlumatına görə, bu barədə Rusiyada Müsəlmanların Ruhani İdarəsi xəbər yayıb.
Okyabrın 20-nə kimi davam edəcək tədbirdə əsasən Qroznıda qəbul olunan əsl müsəlmanlar barədə fətva müzakirə olunacaq.
"Hicrətin ilk əsrindən etibarən biz müsəlmanlar arasında artan çəkişmələri görürük, hansı ki, son nəticədə bir qrpu müsəlman digər qruppu ümumiyyətlə saymır. Avropanı sivilizasiyasının XVIII-XX əsrlərdə müsəlmanlara çağırışına layiqli cavab tapmamasının səbəblərindən biri İslam dünyasında çəkişmələrdir. O, həmçinin İŞİD, Əl-Qaidə, Cəbhət ən-Nüsra və sair kimi təşkilatların yaranması ilə nəticələnən intellektual və ruhani böhranın səbəblərindən biridir», - deyə məlumatda bildirilib.
Qeyd edək ki, simpoziumda Rusiya, İran, Türkiyə, həmçinin Avropa, MDB, Yaxın Şərq, Şimali Afrika, Cənub Şərqi Asiya ölkələrinin İslam Təşkilatlarının nümayəndjələri iştirak edəcək.
Xatırladaq ki, fətva avqustun sonlarında Qroznıda keçirilən «Əhli-sünnə – onlar kimdir» konfransından sonra verilmişdi. Sənəd, mətnə əsasən, Rusiya müfti və alimlərinin yekdil qərarı ilə razılaşdırılıb və Rusiya Federasiyası ərazisində icrası vacibdir. Fətvada XVIII əsrin sonlarında Ərəbistan yarımadasında yaradılan vəhhabilik kəskin tənqid olunub və İslamdan ayrı tutularaq, sekta kimi qəbul edilib.