|
• DünyadaMosul əməliyyatı - İraq orusu və könüllü briqadalardan İŞİD-ə sarsıdıcı zərbələrİraq hərbçiləri Mosul şəhərindən cənub-şərqdə yerləşən qədim Nimrud şəhərini öz nəzarətləri altına götürüblər. Şəhərin terrorçulardan azad edilməsi əməliyyatı oktyabr ayının 17-si gecə saatlarına başlayıb. Ahlibeyt.az-ın İslamazeri.az-a istinadən verdiyixəbərə görə,bu barədə "Rudaw" məlumat yayıb. Nimrudda İraq bayrağı iraqlı hərbçilər İŞİD terror təşkilatını sıxışdıraraq irəliləməyə davam edən zaman yüksəldilib. Məlumatlara görə, İraq ordusu, "Haşdi Şabi" briqadası və kürd könüllü güclərinin Mosulun İŞİD-dən təmizlənmə əməliyyatları davam edir. Mosul şəhərinin azad edilməsi əməliyyatının başlamasından sonra - 24 saatdan da az bir müddətdə təxminən 200 kvadrat kilometr ərazidə olan 9 kənd azad edilib. Şakol kəndində onlarla terrorçu-xəvarici məhv edib. Kürd telekanalı əməliyyatdan sonra cəsədləri ekranlarında yayımlayıb. Peşmərgə Ərbil-Mosul yolunun ən əsas hissələri üzərindəki nəzarəti də genişləndirə bilib. Bundan başqa, beynəlxalq koalisiyanın təyyarələri kürd dəstələrinə dəstək verərək İŞİD terrorçularının 17 mövqeyinə zərbələr endirib. O cümlədən partlayıcı ilə dolu 4 avtomobil də məhv edilib. Kürdlər qeyd edirlər ki, minatəmizləyən hərbçilər minalaşdırılmış əraziləri zərərsizləşdirməyə davam edəcəklər. Xatırladaq ki, İŞİD terrorçuları ötən ilin mart ayında qədim Assuriya şəhəri olan Nimrudun xarabalıqlarını məhv ediblər. Nimrud şəhərinin əsası eramızdan əvvəl XII əsrdə I Salmanasar tərəfindən qoyulub. Və 400 il sonra II Aşşur-natsir-apalın hömkranlığı zamanı Assuriyanın paytaxtı olub. Eramızdan əvvəl 612-ci ildə midiyalı və haldiyalılar tərəfindən məhv edilib. Mosul şəhərindən şərqdə yerləşən xarabalıqlardakı qazıntılar XIX əsrin ortasından bəri davam etdirilir. Qazıntılar zamanı çox sayda mühüm tapıntılar aşkar edilib. 2003-cü ildəki ABŞ işğalı qədim şəhərin ərazisində çoxlu sayda dağıntılara səbəb olub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
18 Oktyabr, 2016 14:20 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |