|
• Mənəviyyat • MənəviyyatPeyğəmbəri (s) qocaldan surə hansıdır?"Nurus-səqəleyn"də həzrət Peyğəmbərin (s) belə buyurduğu nəql olunur: "Hud» surəsi məni qocaltdı" Bu surənin ayələrindən alınan ümumi nəticə budur ki, müsəlmanlar heç vaxt düşmənin çoxluğu və hücumlarının şiddətinə görə meydandan qaçmamalıdırlar. İbn Abbas nəql edir: "Həzrət Peyğəmbər (s) üçün heç bir ayə "Sənə əmr edildiyi kimi sən də, səninlə birlikdə tövbə edənlər də istiqamətlənin(doğru yolda olun)...." ("Hud"-112) ayəsi qədər çətin gəlməmişdi". Yaxınları həzrət Peyğəmbərdən (s) saçının tez ağarmasının səbəbini soruşanda, O Həzrət (s) "Hud" surəsini səbəb göstərdi(«Məcməül-bəyan»,5-ci cild,səh.199). Başqa bir rəvayətdə isə nəql olunur ki, «Hud» surəsinin 112-ci ayəsi nazil olanda, Həzrət (s) buyurdu: "Ətəyinizi kəmərinizə keçirin". Bu hadisədən sonra Həzrəti (s) bir daha gülən görən olmadı("Əl-mənsur"). Haqqında bəhs etdiyimiz ayədə dörd göstəriş vardır: "Sənə əmr edildiyi kimi sən də, səninlə birlikdə tövbə edənlər də istiqamətlənin(doğru yolda olun)Tüğyan etməyin ki, Allah sizin nə etdiklərinizi görür".("Hud"112): Birincisi, Həzrətin(s) istiqamətlənməsi(doğru yolda olması), ikincisi, bu istiqamətin ilahi rəngdə olması, üçüncüsü, Həzrətin (s) öz ətrafındakı müsəlmanları istiqamətləndirməsi və nəhayət dördüncü göstəriş, bu mübarizədə ədalətə riayət olunmasıdır. Başqa sözlə, istiqamət, ixlas, möminlərə rəhbərlik və həddi aşmamaq.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
17 Oktyabr, 2016 12:41 ⁄ Çap
Bu bölmədə15 İyun, 2024 9 Zil-Həccə - Ərəfə gecəsinin və gününün əməlləri7 Noyabr, 2023 Ən ziyanlı düşmən qəflətdir - Kumeyl duasının şərhi16 Sentyabr, 2023 Bu axşam qəməri təqvimi ilə Rəbiül-əvvəl ayı daxil olur 4 Sentyabr, 2023 Eyblərin örtülməsi - Kumeyl duasının şərhi |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |