إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Rəsmi: İraq ordusu Mosulun azad edilməsi əməliyyatına başladı

İraqın Mosul əyalətinin terrorçu İŞİD qruplaşmasından azad edilməsi əməliyyatı başlayıb.

Ahlibeyt.az-ın "Report"-a istinadən məlumatına görə, bunu İraqın baş naziri Heydər əl-İbadi rəsmən elan edib.

Baş nazir dövlət televiziyası ilə çıxışında əyalətin terrorçu İŞİD qruplaşmasından təmizlənməsi əməliyyatının başladığını, Mosul şəhərinə yalnız İraq ordusu və polisinin daxil olacağını bildirib.

Qeyd edək ki, sayca ikinci ən iri şəhəri olan Mosul 2014-cü ilin iyunundan etibarən İŞİD terror qruplaşmasının nəzarəti altındadır.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
17 Oktyabr, 2016  11:05 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!