إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Dövlət Departamenti: ABŞ İranın Suriya ilə bağlı görüşdə iştirakında maraqlıdır

Rəsmi Vaşinqton İran nümayəndə heyətinin oktyabrın 15-də Lozannada keçiriləcək Suriya ilə bağlı görüşdə iştirakında maraqlıdır.

Ahlibeyt.az-ın Apa-ya istinadən məlumatına görə görə,bu barədə RİA Novosti agentliyi bildirib.

Xəbərə görə, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Mark Toner bəyan edib.

“Biz İranın iştirakında maraqlıyıq, lakin əmin deyiləm ki, İran tərəfi görüşdə iştirakını təsdiqləyib”, deyə M.Toner bildirib.

Qeyd edək ki, oktyabrın 15-də, Lozanna şəhərində keçiriləcək Suriya üzrə toplantıda ABŞ, Rusiya, Türkiyə və Səudiyyə Ərəbistanı daxil olmaqla bir sıra region ölkələri, həmçinin BMT baş katibinin xüsusi elçisi iştirak edəcək.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
15 Oktyabr, 2016  14:59 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!