إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Şeyx Naim Qasim: Riyadı idarə edən rəsmi Vaşinqtondur

"Suriya böhranının uzun müddət davam etməsi ABŞ-ın bunu istəməməsindən irəli gəlir."

Ahlibeyt.az-ın islamazeri.az-a istinadən verdiyi xəbərə görə, bu barədə “Al Ahd” məlumat yayıb.

Məlumata görə, “Hizbullah” baş katibinin müavini Şeyx Nəim Qasim ABŞ-ı bölgədə olan müharibələrin davam etməsində günahlandırıb.

Suriya böhranına toxunan Şeyx Qasim bildirib: “Suriya böhranının uzun müddət davam etməsi ABŞ-ın bunu istəməməsindən irəli gəlir. Bir tərəfdən qələbə qazana bilməyən Vaşinqtonun, digər tərəfdən də məğlubiyyətə dözümü yoxdur. Bu səbəbdən iş başına gələcək yeni hökumətə gözünü dikib və planları təxirə salıb. Bir halda ki, müqavimət cəbhəsi günbəgün yeni uğurlara imza atır.”

Livana yeni hücumun baş vermə ehtimalının çox az olduğunu bildirən Şeyx Qasim bildirib: “İsrail üçüncü müharibənin baş verməsi üçün addım atmaq niyyətində deyil. Çünki məğlubiyyətin qəti olacağına əmindir. Müqavimətin Suriyada təkfirçilərlə mübarizə aparmasına baxmayaraq, İsraillə də döyüşməyə hazırlığı var. Müqavimət İsrailin ayağını Livan torpaqlarına salmaq istəyən muzdurları ölkədən çıxarıb.”

Ali-Səudun iqtisadi cəhətdən çökdüyünü deyən “Hizbullah” rəsmisi bildirib: “Buna səbəb Səud rejiminin Yəmən, İraq və Suriyaya olan təcavüzüdür. Səud rejimi bu ölkələri ələ keçirmək üçün ciddi pul xərcləyib, lakin buna nail ola bilməyib və olmayacaq. Səud rejimi bu istəklərinə davam edərsə, hər gün yeni bir problemlə üzləşəcək. Ali-Səud bölgədə özünə nüfuz qazanacağını düşünürsə, yanılır. Çünki bu rejim ABŞ-ın əlaltısıdır və Riyadı idarə edən rəsmi Vaşinqtondur.”

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
10 Oktyabr, 2016  14:07 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!